15.08. 2017/10:22; Ermənistanı istənilən regional layihələrdən təcrid etməyin vaxtıdır

Ermənistanı istənilən regional layihələrdən təcrid etməyin vaxtıdır

İrəvanda utopik layihənin həyata keçirilməsinə ciddi şəkildə ümid edirlər. Məlum olduğu kimi, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov dünən Azərbaycana rəsmi səfərə gəlib. Bu səfər bizim «başıbəlalı» qonşularımızda böyük qəzəb doğurub desək səhvə yol vermərik. Bu barədə «Atlas» Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sosial şəbəkələrdə öz fikrini bildirib.

«Türkmənistan prezidentinin Azərbaycana rəsmi səfəri öz təcavüzkar işğalçılıq siyasəti üzündən regional təcrid vəziyyətinə düşən türkmən təbii qazının tranzitiinə böyük ümidlər bağlayan Ermənistanda diqqətl və maraq doğurmuşdur. İrəvanda Türkmən qazının Ermənistan və İran vasitəsilə Avropaya utopik nəqli layihəsinin həyata keçirilməsinə ciddi ümid edirlər.

Belə ki, Ermənistan prezidenti Serj Sarkisyan İranın prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak edən zaman bu mövzuya toxunmaq fürsətini əldən verməmişdir. Bu ilin yanvarında isə Ermənistanın baş naziri Karen Karapetyan Türkmənistan və İran səfirləri ilə görüş keçirmiş və ehtimal etmək olar ki, bu görüşlərdə həmin məsələ müzakirə olunmuşdur.

Söylənillənləri nəzərə alaraq, Azərbaycan onun maraqlarına zidd olan hər üç qonşu dövlətin- Türkmənistan, İran və Gürcüstanın istənilən addımı atmasının arzu olunmamasını onların nəzərinə çatdırmalıdır. Bu maraqları isə Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsinə qədər Ermənistanı istənilən regional layihələrdən təcrid etməkdən ibarətdir..