16.07. 2017/15:43; Zakir Həsənov: «Biz Ermənistanda yerləşdirilmiş»İsgəndər» raketlərini vura bilərik

Zakir Həsənov:  Biz Ermənistanda yerləşdirilmiş «İsgəndər» raketlərini vura bilərik

Azərbaycanın Ermənistanda yerləşdirilmiş «İsgəndər» raket komplekslərini vura biləcək silahı var. Bu barədə Ria Novosti agentliyinə müsahibəsində Azərbaycanın müdafiə naziri Zakir Həsənov belə bildirib.

«Mən müdafiə naziri kimi bildirirəm ki, bizim əks təsirə malik mübarizə sistemimiz var — biz bu raketləri vura bilərik. Bizim sayca 50 dəfədən də çox.raketlərimiz var, Mən dediyim sözlərə tam məsuliyyət daşıyıram. Təsəvvür edin ki, əgər onlar bu raketləri tətbiq etmək fikrinə düşərsə, infrastrukturlara və hərbi məntəqələrə cavab zərbəsi necə olacaq, «, — Zakir Həsənov belə deyib.

Müdafiə nazirinin sözlərinə görə Azərbaycanın bu raketləri Rusiyadan almamasına baxmayaraq həmin raketlər keyfiyyət baxımından ruslarınkından heç də geri qalmır.

«İsgəndər — yaxşı raketdir. Amma bir neçə məsələ var. Bu raketlərin texniki vəziyyəti necədir , o hansı növə məxsusdur, onları kim idarə edir və ən nəhayəti onları bu raketləri tətbiq etmək iqtidarında olacaqmı? Biz hərbçi kimi həmişə ən pis variantı nəzərdən keçiririk, biz ona hazırıq. Bəli, o doğrudur ki, mən sizə dediyim kimi biz o raketləri Rusiyadan almamışıq, lakin onların keyfiyyət göstəriciləri heç də onlardan geri qalmır. Və mən sizə onu da deyim ki, biz vəziyyətin modelini hazırlamışıq, döyüş hazırlığı həyata keçirmişik. Nəticə — əladır. Bu gün üçün biz tam əminik ki, öz yaşayış məntəqələrimizi və hərbi obyektlərimizi raket hava hücumlarından qoruya bilərik «, — deyə o bildirib.