14.07. 2017/08:13; İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının sessiyasında Azərbaycanla bağlı mühüm qətnamə qəbul edilib

İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının sessiyasında Azərbaycanla bağlı mühüm qətnamə qəbul edilib

İyulun 10-11-də Kot-d,İvurun Аbidjan şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 44-cü sessiyası çərçivəsində Azərbaycanla bağlı mühüm qətnamə qəbul edilib.

«Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının Təcavüzü» adlı qətnamədə BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət edilməsi tələb olunur və erməni tərəfinin bu qətnamələrdə əks olunan tələblərin yerinə yetirilməməsindən narahatlığın olduğu bildirilir. Qətnamədə dünya ölkələrinə Ermənistana silah və hərbi texnika verilməməsinə və bu məqsədlə öz ərazilərindən istifadə edilməsinə yol verməməsinə çağırış edilir.. Eyni zamanda, qətnamədə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində arxeoloji, dini və mədəni abidələrin dağıdılması və talan edilməsi, ermənilər tərəfindən törədilən vandalizm aktları qətiyyətlə pislənilir.

Qətnamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in sənədlərinə və qərarlarına uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tezliklə həll olunmasına çağırış edildiyi bildirilib. .