12.07. 2017/08:19; Azərbaycan Qarabağda hərbi təlimlərin keçirilməsi barədə məlumatlarla bağlı Rusiyaya müraciət edib

Azərbaycan Qarabağda hərbi təlimlərin keçirilməsi barədə məlumatlarla bağlı Rusiyaya müraciət edib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Rusiya Federasiyası Federal təhlükəsizlik xidməti Sərhəd xidmətinin rəhbəri ordu generalı Vladimir kulişova bu günlərdəErmənistan KİV-lərində peyda olan informasiyanı təsdiq və ya təkzib etməsi məqsədi ilə rəsmi məktub göndərib, APA-nın məlumatında belə.deyilir.

İyulun 10-da ru.armeniasputnik.am internet resursu Rusiya Federasiyası Federal təhlükəsizlik xidməti Sərhəd xidmətinin Sərhəd qoşunlarının Ermənistanın Milli təhlükəsizlik xidmətinin iştirakı ilə İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının dövlət sərhədini keçmək cəhdləri ssenarisi əsasında birgə hərbi təlimlərin keçirilməsi barədə məlumat yayıb.