06.07. 2017/14:13; Alxanlıdakı faciə yerinə hərbi attaşe gəldi

Alxanlıdakı faciə yerinə hərbi attaşe gəldi

Xarici işlər nazirliyi, Müdafiə Nazirliyi, Baş prokurorluq və Füzuli rayonu İcra hakimiyyəti, Azərbaycanda akkreditə olunmuş xarici KİV və hərbi attaşe nümayəndələri Füzuli rayonunun Alxanlı kəndinə səfər təşkil etmişlər.

«Kür» İnformasiya Agentliyi APA-ya istinadən xəbər verir ki, TRT , Ihlas Haber Ajansi, «Mir» telekanalların müxbirləri, Associated Press, RİA Novosti, «Amerikanın Səsi», «İnterfaks», BBC agentlikləri və digərləri xarici KİV nümayəndələri arasında olmuşlar.
Alxanlı kəndinə həmçinin 12 dövlətin 15 hərbi attaşesi gəlmişlər.

ABŞ, Rusiya, Pakistan İslam Respublikası, Çin, Koreya, Türkiyə, Bolqarıstan, Çexiya, Ukrayna, Belarus hərbi nümayəndələri, eləcə də Almaniya səfirliyinin Azərbaycandakı diplomatları hadisə yerinə gəlmişlər.