04.07. 2017/07:55; Türkiyə lideri Ərdoğan Şoyqu ilə nə haqda danışdı

Türkiyə lideri Ərdoğan Şoyqu ilə nə haqda danışdı

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiyanın müdafiə naziri Sergey Şoyqu İstanbulda aparılan danışıqlarda Suriyada gərginliyin aradan qalxdırılması, qarşıdurmanın aradan qaldırılması zonalarının yaradılması və bu ölkədə təhlükəsizlik məsələlərin həlli haqqında «yol xəritəsini» müzakirə ediblər. Bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalin bildirib, Hurriyet qəzeti bu barədə yazır.

«Rusiya naziri Şoyqu prezidentimiz tərəfindən qəbul edilib. Rusiyadan olan hərbi nümayəndə heyəti Vladimir Putinin xahişi ilə gəlmişlər. Danışıqlar Astanada Suriya məsələsi üzrə keçiriləcək növbəti görüşün gündəliyinin əsas məsələsi olacaq», — İbrahim Kalin belə bildirib.

Onun sözlərinə görə danışıqların əsas mövzusu suriya münaqişəsinin nizamlanması üzrə «yol xəritəsinin» müəyyənləşdirilməsi və qarşıdurmanın aradan qaldırılması olub.

«Biz bu prosesin başa çatdırılmasına və humanitar yardımın gətirilməsinin təmin edilməsinə mümkün qədər böyük səy göstərəcəyik», deyə mətbuat katibi bildirib.

Bundan başqa, qeyd olunur ki, Rusiya Putinin adından Ərdoğana məktub çatdırıb.

Xəbər verildiyi kimi, Rəcəb Tayyib Ərdoğan Sergey Şoyqu ilə danışıqlar aparıb, lakin görüşün təfərrüatları indiyədək açıqlanmayıb.