27.06. 2017/22:09; Gəncədə 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü qeyd edilib

Gəncədə 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü qeyd edilib

«Kür» İnformasiya Agentliyi  ganjanews.az saytına istinadən bildirir ki, Gəncədə yerləşən N saylı hərbi hissəsində 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü təntənəli şəkildə qeyd edilib.

Silahlı qüvvələrin yaranmasının 99-cu ildönümü münasibəti Müdafiə Nazirliyinin nümayəndələri, eləcə də hərbi hissə komandanlığı şəxsi heyət qarşısında çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, onun keçdiyi şərəfli yoldan bəhs ediblər.

Sonra hərbi xidmətdə fərqlənən əsgər, gizir, zabitlərə fəxri fərmanlar və mükafatlar verilib.

Bayram tədbiri Gəncə Dövlət Filarmoniyasının musiqi kollektivinin ifası ilə davam edib.