19.06. 2017/15:50; Azərbaycan Qarabağda irimiqyaslı təlimlərə başlayır

Azərbaycan Qarabağda irimiqyaslı təlimlərə başlayır

Təlimlərdə 23 minədək hərbi qulluqçu iştirak edəcək. Azərbaycan Silahlı Qüvvələri bazar ertəsi genişmiqyaslı hərbi təlimlərə başlayır. Hərbi təlimlərdə 23 minə qədər hərbi qulluqçu iştirak edəcək. Bu təlimlər döyüş şəraitinə yaxın olacaq, Ria Novostiyə Vesti.Az -a istinadən «Kür» İnformasiya Agentliyi bu barədə xəbər verir.

Təlimdə çətin, döyüşdə asan

Azərbaycan Silahlı Qüvvələri iyunun 19-dan 24-dək genişmiqyaslı təlimlər keçirəcək, təlimlərdə 23 minə qədər hərbçi iştirak edəcək, təlimlər döyüş şəraitinə yaxın olacaq, respublikanın müdafiə nazirliyinin mətbuat xidməti bu barədə əvvəlcədən məlumat verib.

«Azərbaycan Respublikasının prezidenti, silahlı qüvvələrin ali baş komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, iyunun 19-dan etibarən döyüş şəraitində hərbi hazırlığın yoxlanılması, qoşunların qüvvə və vasitələri idarəsinin təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimlər keçiriləcək», hərbi idarədən belə bildiriblər.

Müdafiə nazirliyində onu da bildiriblər ki, «təlimlərə şəxsi heyətin 23 minədək hərbçisi, 120-ə qədər tank və zirehli texnika, 180 ədəd müxtəlif çaplı raket-artilleriya qurğuları, reaktiv sistemli yaylım atəşi açan minaatanlar, 30-a qədər müxtəlif təyinatlı döyüş aviasiyası, habelə yeni radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb ediləcək».

Təlimlər iyunun 24-dək davam edəcək.