12.06. 2017/10:23; Gəncədə tikinti-abadlıq işləri davam edir

Gəncədə tikinti-abadlıq işləri davam edir

Gəncənin mərkəzi prospektlərindən biri olan və nəqliyyatın daha çox intensiv hərəkət etdiyi Nizami prospektinin park-bulvar ərazisindən keçən hissəsində yol genişləndirilir — «Kür İnformasiya Agentliyi GanjaNews -ə istinadən bu barədə məlumat verir.

Məqsəd ərazidə avtomobillərin sıxlığını aradan qaldırmaq, piyadaların təhlükəsiz hərəhətini təmin etməkdir.

Aparılan işlər çərçivəsində yolun sağ hissəindəki iaşə və ticarət obyektləri müasir formada yenilənir.  Rüzigar Qasımov küçəsində də şəhərə estetik gözəllik verən işlər görülür. Şəhidin adını daşıyan küçədə yöndəmsiz tikililər ticarət obyektləri ilə əvəzlənir. Əhalinin asudə vaxtının səmərəli təşkili üçün Gülüstan qəsəbəsində Mirzə Şəfi Vazeh irsini və yaradıcılığının yaşadılması üçün salınan 1 hektarlıq parkda da tikinti quruculuq işləri davam etdirilir. Parkın ərazisində şairin 2 mərtəbəli ev muzeyi inşa edilir, heykəli qoyulub, onun arxasında isə xüsusi kompazisiya yaradılıb. Görülən işlərin yaxın zamanlarda yekunlaşdırılması planlaşdırılır.