12.06. 2017/09:19; İran Fars Körfəzinə hərbi gəmilər göndərir

İran Fars Körfəzinə hərbi gəmilər göndərir

Bazar günü İranın hərbi gəmiləri Omana yola düşəcək Bu barədə ölkənin hərbi dəniz qüvvələrinin komandanlığına istinadən İranın Tasnim agentliyi xəbər yayıb

«Bazar günü İran donanmasının gəmiləri Omana yola düşəcək, sonra isə Hind okeanının şimalına, Fars Körfəzinə və Adenə gedəcək ,» komandanlığın agentlik tərəfindən dərc edilən bəyanatda belə deyilir.

Aentliyinin məlumatına görə, donanma iki hərbi gəmidən ibarətdir. Missiyanın vəzifələri barədə məlumat verilmir.