03.06. 2017/09:05; Bu gün Latviyada NATO ölkələrinin ənənəvi hərbi təlimləri başlayır

Bu gün Latviyada NATO ölkələrinin ənənəvi hərbi təlimləri başlayır

Маnevrlər alyansın antirusiya yönümlü məşqləri barədə bəyanatları fonunda keçirilir.
Moskvada qeyd edildiyi kimi,Rusiya sərhədləri yaxınlığındakı təlimə NATO ölkələrindən yüzlərlə döyüşçü gəlib. Xarici zirehli maşın və tankların iştirakı bildirilmiş, onlarla helikopter və təyyarə o cümlədən Б-52 amerika strateji bombardmançısı havadan əməliyyatları,dəstəkləyəcək.

Amerika komandanlığında bu маnevrlərin əsas vəzifəsini NATO-nun alyans üzrə müttəfiqləri və habelə ayrı-ayrı bölmələri arasında koordinasiyanın işlənməsi kimi adlandırırlar. Saber Strayk («Qılınc zərbəsi») adlı bu təlimlər hər il keçirilir, lakin Krımın Rusiyaya birləşdirilməsindən sonra Moskvada onların təhlükəsi barədə tez-tez danışırlar. 2016-cı ilin Dekabr ayında Rusiyanın müdafiə naziri Sergey Şoyqu qeyd edib ki, Şimali Atlantika alyansı hərbi təlimlərinin intensivliyini iki dəfə artırıb və NATO-nu şərti düşmən kimi Rusiya simvollarından istifadə etməsi ilə bağlı ittiham edib.
Latviyada NATO ölkələrinin təlimlər təxminən iki həftə davam edəcək və iyunun 15-də başa çatacaq