21.05. 2017/14:32; Kanadada yaşayan Azərbaycanlı müğənni Türk Xalqları festivalında Azərbaycanı təmsil edəcək

Kanadada yaşayan Azərbaycanlı müğənni Türk Xalqları festivalında Azərbaycanı təmsil edəcək

Azərbaycanlı müğənni Xədicə İbrahimli Manor Kanadada keçiriləcək Türk Xalqları festivalında Azərbaycanı təmsil edəcək.“Açıq havada 90 dəqiqə ərzində solo-konsert proqramıyla çıxış edəcəyəm”-müğənni belə bildirib.

O, bildirib ki, bu ilin mayın 21-də Kanadanın Vankuver şəhərində təşkil olunacaq Türk Xalqları festivalında doğma Azərbaycanın təmsilçisi olacaq.

“Açıq havada 90 dəqiqə ərzində solo-konsert proqramıyla çıxış edəcəyəm. Həyəcanlı olsam da, üzərimdə çox ciddi hazırlaşıram. Həmçinin təşkilatçılar da festivalla bağlı məsuliyyətlə çalışırlar.”, — X.İ.Manor deyib.

Qeyd edək ki, İstanbulda təhsil alan və orada yaşadığı vaxtlarda Türkiyə və Azərbaycan moda dünyasında stilist-modelyer kimi məşhurlaşan və həyata keçirdiyi moda nümayişləri ilə mətbuatın gündəminə gələn Xədicə, “Pöhrə” və “Yeni Ulduz” yarışmalarının ən fəal iştirakçılarından olub.

Müğənninin festivaldakı çıxışı musiqi aləmindəki bir neçə illik fasilədən sonra səhnəyə qayıdışıdır.