22.05. 2017/07:15; Azərbaycan xalqının ölməz vətənpərvər qəhrəmanı

                                                                                                                 Mətin inqilabçı, azəri oğlu İbrahimi Firudin                                                                                                                            Qəni oğlunun ölümündən 70 il keçib!

Azərbaycan xalqının ölməz vətənpərvər qəhrəmanı

22 may 2017-ci ildə Gəncə şəhəri Iranlı Mühacirlər Cəmiyyəti Milli Hökumət zamanı Cənubi Azərbaycanın Təbriz şəhərində baş prokuror işləmiş, Azərbaycan xalqının ölməz, vətənpərvər qəhrəmanı, mətin inqilabçı, Azəri oğlu Ibrahimi Firudin Qəni oğlunun 1947-ci ilin may ayının 22-də Təbriz şəhərində Iran şahı tərəfindən edam olunmasının 70 illiyini təntənəli surətdə qeyd etdi.

Cəmiyyətin sədri Əli Dəsti Firudin Ibrahimiyə həsr olunmuş məqaləni oxudu.

«Azərbaycan xalqının ölməz vətənpərvər qəhrəmanı mətin inqilabçı azəri  İbrahimi Firudin Qəni oğlunun edamından 70 il keçib!

Cənubi Azərbaycanda milli demokratik hərəkatının rəhbərlərindən biri olan Ibrahimi Firudin Qəni oğlu 1919-cu ildə noyabr ayının 20-də Cənubi Azərbaycanın Astara şəhərində anadan olmuşdur.

O, 1943-cü ildən Iran Xalq Partiyasının üzvü olub. 1945-ci ildə Tehran Universitetinin hüquq fakültəsini bitirib. Tələbəlik illərində inqilabi hərəkata qoşulmuşdur. Təbriz şəhərində nəşr olunan Iran Xalq Partiyasının orqanı olan «Xavəri nov» («Təzə xəbər») qəzetinin redaktoru olmuşdur.

1945-ci ilin oktyabr ayında Azərbaycan Demokratik Firqəsinin qurultayında Firudin Ibrahimi Milli Məclisə nümayəndə  seçilmişdir.  O, 1945-ci ilin dekabr ayının 12-də Azərbaycan Milli Hökumətinin Baş Prokuroru təyin olunmuşdur. Firudin İbrahimi 1946-ci ildə Parisdə Sülh konfransında         iştirak etmişdir.

O, əksinqibalçı qüvvələrə qarşı mübarizə aparan «Babək» adlı könüllü dəstələrin təşkilatçılarından biri idi. «Ettelat», «Aljir», «Rəhbər», «Mərdom», «Zəfər», «Siyasət», «Azərbaycan» və sair qəzetlərdə Firudin İbrahimi dövrün çatışmamazlıqlarını ifşa edən publisistik məqalələr yazmışdı.

1946-cı ilin dekabr ayında Cənubi Azərbaycanda Milli Hökumət qan içərisində boğulduqdan sonra Firudin Ibrahimini həbs etdilər. F.Ibrahimini 1947-ci ilin may ayının 22-də Təbriz şəhərinin «Gülüstan» bağı»nda dar ağacından asdılar.

Həkim Azəri Fərhadın və mühandis Ələkbəri Ələddinin gördükləri va dediklərindən:

«1947-ci ilin may aynın 22-də Təbriz şəhərinda günəşli havada böyük canlanma var idi. Əhali «Gülüstan bağı»na yığılmışdı. Orada dar ağacı qurulmuşdu. Camaata məlum idi ki, bu gün Milli Hökümətin Baş Prokuroru Firudin Ibrahimini dar ağacından asacaqlar (digər inqilabçıların hamısını Təbriz şəhərinin «Saat qabağı» adlanan yerində dar ağaçından asırdılar). «Gülüstan bağı» şah qoşunu və jandarmaları ilə əhatə olunmuşdu. Saat 12-уə yaxın uca boylu, enli kürək, əynində milə-mil pencək, ağ köynək və qırmızı qalstuk taxmış, şux geyimli Firudin İbrahimini jandarmaların əhatəsində dar ağacına gətirdilər. О vaxta qədar F.İbrahimini görməmişdim. Birdən əhali təlatümə gəldi. Jandarmalara və şah qoşununa hücum etmək istədilər. Xalqın nahaq qanını töküləcəyindan ehtiyat edən Firudin İbrahimi əlini yuxarı qaldırdı və uca səslə dedi: «Mənim əzizlərim, həmvətənlilərim, səbr edin, qoy qan tökülməsin! Çox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan xalqı! Yaşasın doğma Ana Vətənimiz Azərbaycan!» Cəlladlar qorxularından F.İbrahimini dərhal edam etdilər».

Xalq yazıçısı Mirzə İbrahimovun «Gələcək gün» romanında və şairə Mədinə Gülgünün «Firudin» poemasında Firudin İbrahiminin vətənpərvər, qəhrəman və gözəl insan obrazı qeyd olunmuşdu.

F.İbahimi ölməyib, о Azərbaycan xalqının qəlbində daimi və əbədi yaşayacaqdır.»

Cəmiyyətin üzvlərindən Cahan Ağamirov, Fatma Cəfərova, Rəna Rzayi, Sədaqət Cəhani, Durna Dəsti, Yəhya Xudai və başqaları Firudin İbrahiminin Milli Hökumət zamanı göstərdiyi fəaliyyətlərindən, vətənpərvər, qəhpəman və gözəl insan olmağı haqqında danışdılar. Allahdan ona rəhmət dilədilər və bildirdilər ki, onu əqidə-amalı davam etdiriləcəkdir. Sonda Əli Dəsti Firudin İbrahimiyə həsr olunmuş şeirini oxudu.

Əqidəyə, amala bax!

Qorxub ölümdən öz məsləkindən dönmədi.

Həyatı naminə heç vaxt sürünmədi,

Məsləkim naminə hər zaman ölərəm dedi.

Dünya tarixində bəlalı insan

İki yol ayrıcında çox dayanıbdır.

Haqqa inanan keçib həyatından,

Canından qorxan isə haqqı danıbdır.

Baş əyirəm bu hünər önündə,

«Gələcək gün» əsəri yada düşdü.

Dar ağacından asılan zaman,

Təbriz deyən Firudin yada düşdü.

İbrahimi Firudin Qəni oğlu ölməyib. O, Azərbaycan xalqının ürəyində daima və əbədi yaşayacaqdır. Heç kim unudulmur!!!

Gəncə şəhəri İranlı Mühacirbr  Cəmiyyətinin sədri:  Əli DƏSTİ