17.05. 2017/11:19; Bermud üçbucağında təyyarə yoxa çıxıb

Bermud üçbucağında təyyarə yoxa çıxıb

Göyərtəsində dörd nəfər olan Puerto-Rikadan Floridaya uçan MU-2b kiçik təyyarə yolda radarların ekranlarından itib, ABŞ sahil mühafizəsinə istinadən Röyter agentliyi bu barədə xəbər verir. Təyyarənin göyərtəsində Nyu-York sakinləri 10 və 4 yaşında iki uşaqla olmuşlar.

Təyyarə Puerto-Rikadan bazar ertəsi yerli vaxtla səhər saat 11-da yola düşmüş, iki saatdan sonra onunla əlaqə kəsilib.
Hava gəmisi yoxa çıxan zaman 7 min metr hündürlükdə Baham adalarından biri olan Elyutor adası üzərində olub. Sahil mühafizəsi bu rayonda təyyarənin axtarışına başlayıb.

Atlantik okeanında Florida, Bermud adaları və Puerto-Riko arasındakı rayon guya anomal hadisələr baş verən, o cümlədən gəmi və təyyarələrin müəmmalı yoxa şıxması ilə tanınan «Bermud üçbucağı» kimi məşhurdur. Belə hadisələri regionun naviqasiya üçün çətin olaması ilə əlaqələndirirlər.