09.05. 2017/09:59; Bill Qeyts bioterrorizm vasitəsilə ildə 30 milyon insanın ölüm təhlükəsi barədə xəbərdarlıq edib

Bill Qeyts bioterrorizm vasitəsilə ildə 30 milyon insanın ölüm təhlükəsi barədə xəbərdarlıq edib

Dünya respirator viruslarının ölüm təhlükəsi potensialını yaddan çıxarmamalıdır, çünki onları yaratmaq və yaymaq daha asandır, milyarder xəbərdarlıq edir. Bioloji terror aktı 30 mln. insanın həyatını məhv edə bilər və belə hücum ehtimalı getdikcə artır.. Bu barədə Microsoftun yaradıcısı Bill Geyts bildirib, -The Telegraph bu barədə xəbər verir.

Onun sözlərinə görə, bu öldürücü respirator virusunun su çiçəyi kimi bir anda yayılması nüvə hücumundan daha təhlükəlidir. Virusların yayılmasının operativ tapılması üzrə tədqiqatları maliyyələşdirən xeyriyyə fondunun sahibi olan milyarder bildirib ki, hazırda qlobal faciənin qarşısını almaq üçün xəstəliklərə nəzarətdə digər ölkələrə kömək etmək son dərəcədə vacibdir.

«Bioterrorizm — pandemiya ilə müqayisədə daha böyük təhlükədir, o belə deyir. Biologiya sahəsində nailiyyətlər terrorçuların faktiki olaraq bu gün davamlı immunitet pаtоgенi оmayan belə bir ölümcül virus yaratmaq imkanını xeyli asanlaşdırmışdır. «.

«Biz 10 mln. insanın ölümünə səbəb ola biləcək faciəni törədə bilən şeylər haqqında düşünərkən belə belə bir nəticəyə gələ bilərik ki, hətta nüvə partlayışı da belə bir faciəvi effekt verə bilməz. Beləliklə, ən çox risk təbii epidemiya və ya biотеrror aktı ilə bağlıdır», iş adamı əminliklə belə bildirir. O belə izah edir: Alimlərin araşdırmalarına görə, hava-damcısı yolu ilə xəstəliyin yayılması bir ildən daha az müddətdə 30 milyondan çox adamı öldürə bilər.