03.05. 2017/10:06; Ərdoğan: Türkiyə Avropa İttifaqına daxil olmaqdan imtina etməyə hazırdır

Ərdoğan: Türkiyə Avropa İttifaqına daxil olmaqdan imtina etməyə hazırdır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, onun ölkəsi əgər bu proses Türkiyə ilə yeni şərtlərilə müzakirə olunmayacaqsa Avropa Birliyinə üzvlüklə bağlı danışıqlardan imtina etməyə hazırdır, .

«Artıq başqa seçimi yoxdur: Danışıqlarda indiyə qədər açılmayan yeni maddələr açmaq lazımdır. Əgər siz onları açmayacaqsınızsa — onda xudahafis», Reuters agentliyi Ərdoğanın bu sözlərini sitat gətirir. Yeri gəlmişkən, o belə bəyanatları əvvəllər də edib. Məsələn, 2015-cu ilin yanvarında Ərdoğan bildirib ki, onun ölkəsi Avropa İttifaqına üzvlük məsələsi ilə daha maraqlanmır, buna qədər isəTürkiyənin Avropa İttifaqı məsələləri üzrə işlər naziri Volkan Bozkır deyib ki, birliyə daxil olmaq barədə danışıqlar, AB-nin istədiyi formatda davam edə bilməz.

KİV-lərin yaydığı məlumata görə, Türkiyənin Aİ-yə daxil olması mövzusu ölkə prezidentinin səlahiyyətlərinin artırılması ilə bağlı referendum bir az sonra yeni tərzdə səslənməyə başlayıb. Ərdoğanın referendumdan sonra Türkiyə və Aİ-nin münasibətlərinə yenidən baxılması ilə bağlı bu bəyanatına cavab olaraq, bir sıra avropa siyasətçiləri Türkiyənin avropa perspektivlərinə çox sərt şəkildə cavab vermişlər.