27.04. 2017/08:12; Məmmədyarov: Azərbaycan substansiv Qarabağ danışıqlarına hazırdır

Məmmədyarov: Azərbaycan substansiv Qarabağ danışıqlarına hazırdır

Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov ümid edir ki, Moskvada erməni və rusiyalı həmkarları ilə görüş, ötən il Sankt-Peterburqda keçirilmiş üç ölkənin prezidentləri səviyyəsində «konstruktiv danışıqların» davamı olacaq. Azərbaycan nazirinin sözlərinə görə, zaman sözdən hərəkətə keçməyin vacibliyini tələb edir.

Məmmədyarov deyib ki, «azərbaycan müstəqil danışıqlara hazırdır, bu barədə biz dəfələrlə bəyan etmişik». Üçtərəfli görüş aprelin 28-də XİN başçıları səviyyəsində keçiriləcək. Məmmədyarovun sözlərinə görə, 2016-ci ilin iyun ayında Sankt-Peterburqda danışıqların yekunları indiki «status-kvonun» dəyişməsini nəzərdə tuturdu.

«Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu və hərbi işğal faktı münaqişənin həllində əsas maneədir. İşğal dayandırılmalıdır», nazir Trend-ə müsahibəsində belə bildirib.

«Biz tamamilə yeni şəraitdə, işğal faktının aradan qaldırılmasınqdan sonra status-kvonun dəyişməsi şəraitində davamlı sülhün təmin olunması üçün danışıqları davam etdirə bilərik. Ermənistan görüşləri, yəni, status-kvonu saxlamağa çalışır və öz öhdəliklərini yerinə yetirmir», — Məmmədyarov belə bildirib. Onun sözlərinə görə, Ermənistan qəsdən əsas məsələlərdən qaçaraq vəziyyətin kəskinləşməsi siyasətini davam etdirir, yəni vəziyyəti texniki cəhətdən ciddiləşdirir.