27.04. 2017/08:58; Rusiyanın Müdafiə Nazirliyindən bildiriblər ki, ABŞ-ın Raket Əleyhinə Müdafiə Sisteminə rusiya raketlərini vurmaq üçün neçə saniyə tələb olunur?

Rusiyanın Müdafiə Nazirliyindən bildiriblər ki, ABŞ-ın Raket Əleyhinə Müdafiə Sisteminə rusiya raketlərini vurmaq üçün neçə saniyə tələb olunur?

ABŞ raket əleyhinə müdafiə sistemi artıq uçuşun 150-ci saniyəsində rusiya qitələrarası ballistik raketlərini vura bilər. Bu barədə Rusiya Müdafiə Nazirliyi Hava-Kosmik Müdafiə Qoşunlarının Mərkəzi Elmi-Tədqiqat İnstitutunun rəisi Sergey Yaqolnikov bildirmişdir.

Onun sözlərinə görə, Rusiya qitələrarası ballistik raketlərininin fəal sahədə uçuş trayektoriyası ABŞ-ın Raket Əleyhinə Müdafiə Sisteminin atəş açmasına hazırlıq görməsi üçün kifayət qədər vaxt balansı ilə təmin edir. .

«Kosmik aparatın xarici obyekt görüntüsündən istifadə zamanı qitələrarası ballistik raketlərin startından sonra onun əleyhinə buraxılışın işə salınması artıq 85-cü saniyədə mümkündür. Raket startdan 20 saniyə sonra aşkarlanır. İdarəetmə komandasının döyüş hazırlığına 20 saniyə vaxt lazımdır. Raket əleyhinə sistemin startqabağı görüş koordinatlarının nəzərə almaqla hazırlanması 45 saniyə vaxt tələb edir. Beləliklə, 150-ci saniyədə qitələrarası ballistik raketlərin vurulması vaxt balansi cəhətdən artıq real görünür «, deyə Yaqolnikov RİA Novostiyə bildirib.

O qeyd edib ki, rusiya hərbi mütəxəssislərin hesablamalarını bir sıra amerikalı alimlər təsdiqləyib.

Bundan əvvəl Baş Qərargahda bildirmişlər ki, rusiya ballistik raket buraxılışlarının aşkarlanması üçün ABŞ-ın Raket Əleyhinə Müdafiə vasitələri vardır.