26.04. 2017/08:21; Ərdoğan Rusiyanın Əsədə qarşı münasibətinin dəyişdirilməsini bəyan etdi

Ərdoğan Rusiyanın Əsədə qarşı münasibətinin dəyişdirilməsini bəyan etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Rusiya Bəşər Əsədin gələcəyi ilə bağlı olaraq öz mövqeyini bir qədər dəyişib RBK-nın verdiyi məlumata görə o, Vladimir Putinlə söhbətdən sonra bu qənaətə gəlib.


Vesti.Az Ria Novostiyə istinadən verdiyi məlumata görə bu barədə Reuters agentliyinə müsahibəsində Ərdoğan bildirib ki, Moskva Suriya prezidenti Bəşər Əsədi dəstəkləməklə bağlı öz mövqeyini yumşaldıb. «Putin mənə belə dedi: «Ərdoğan, məni. düzgün başa düş. Mən Əsədi müdafiə etmirəm, mən onun vəkili deyiləm», — Türkiyə prezidenti belə bildirib.

Ərdoğanın sözlərinə görə, Suriya münaqişəsi Əsədin hakimiyyətdə saxlamaq şərti ilə həll oluna bilməz . «Suriyanı ondan azad etmək lazımdır ki, bu münaqişənin həlli üçün perspektiv yaransın», -o belə bildirib.

Rusiya hakimiyyəti dəfələrlə bəyan edib ki, Əsədjn gələcəyi məsələsini Suriya vətəndaşları özləri həll etməlidirlər. Bununla belə Ankarada və Vaşinqtonda məhz Suriya prezidentinin hakimiyyətdən getməsini ölkədə vəziyyətin həllinin başlıca şərti olduğunu danışmaqda davam edirlər.

Aprelin 16-da Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Moskvanın Suriyaya qarşı qərb antiterror koalisiyasına qoşulmasını təklif edib. Bunun üçün əsas şərt Əsədi dəstəkləməkdən imtina etmək lazımdır.. «Vacib məsələ odur ki, ruslar bu rejimin qorxunc təbiətini başa düşməlidirlər», -britaniyalı siyasətçi belə bildirib.

Bunun cavabında Federasiya Şurasının müdafiə və təhlükəsizlik işləri üzrə komitəsinin başçısının birinci müavini Frans Klintseviç vurğulayıb ki, qərb koalisiyasına Rusiya birləşməli deyil, əksinə. » yaxşısı budur ki, siz bizə birləşəsiniz», o belə deyib