23.04. 2017/08:40; Züqanov Rusiyada yeni «fürerin» peyda olması haqqında məlumat verib

Züqanov Rusiyada yeni «fürerin» peyda olması haqqında məlumat verib

Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov hökuməti «kadr heyətini gücləndirməyə» və kursu dəyişməyə çağırıb, əks halda «siyasi böhranın qaçılmaz olduğunu bildirb». Kommunistlərin başçısı mövcud şəraitdə Rusiyada «yeni «fürerin » yaranacağını gördüyünü bildirib.

Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov siyasi böhranın qaçılmazlığı və Rusiyada «yeni «fürerin » əmələ gələcəyi barədə məlumat verib. Bu barədə o, baş nazir Dmitri Medvedevin Dövlət Dumasında görüşündə çıxışı zamanı bildirib.

«Əgər biz hökumətin xəttini dəyişməsək və kadr heyətini möhkəmləndirməsək siyasi böhran qaçılmaz olacaq»,- Züqanov belə bildirib.

O vurğulayıb ki, hökumətin kadr tərkibini dəyişmək l və Oktyabr inqilabının 100 illiyini qarşılamağa birlikdə hazırlaşmaq azımdır. «Hələ ki, sizin hökumət çox zəif işləyir», o belə vurğulayıb və qeyd edib ki, rusiya cəmiyyətində «parçalanma güclənir: Bir faiz insan mülkiyyətin 90% -ni ələ keçirib, 40 mln. vətəndaş zorla başını girləyir».

«Əgər ictimai əhval-ruhiyyəyə nəzər salsaq, görərik ki, onların bir qismi internetdə, digər qismi isə televiziyada yaşayır, həqiqət isə baş verənləri pozmağa yönəldilib. Və artıq yeni «fürer» görünür, — Züqanov belə bildirib. «Bu barədə mənim danışmağa haqqım var, belə ki, mən SSRİ-nin faciəsini , Yeltsinin davranışını görmüşəm», o belə əlavə edib.

Dövlət Duması və baş nazir qarşısında öz çıxışı zamanı Züqanov həmçinin rusiya makroiqtisadiyyatını tənqid edib və bildirib ki, hökumətdə maliyyə ilə səmərəli məşğul ola biləcək insanlar yoxdur, .

«Əgər iqtisadiyyat bundan sonra da çökməkdə davam edərsə, bizim əsas resurslarız və maliyyə sistemimiz kordon arxasında üzərsə » təhlükəsizliyimiz davamlı ola bilməz. Züqanov onu da vurğulayıb ki, Rusiyaya «əhalinin ciblərinə girən yox», iiqtisadiyyatı inkişaf etdirməyə və əhalini dolandırmağa qadir olan digər keyfiyyətdə yeni bank sistemi lazımdır.
Xatırladaq ki, Rusiyanın baş naziri Dmitri Medvedev ənənəvi olaraq hər il hökumətin hesabatı ilə Dövlət Dumasının deputatları ilə görüşür.