13.04. 2017/15:29; Azərbaycanın Xarici İşlər Nazirliyinin başçısı Qarabağda yeni müharibənin mümkünlüyünə işarə vurub

Azərbaycanın Xarici İşlər Nazirliyinin başçısı Qarabağda yeni müharibənin mümkünlüyünə işarə vurub

Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov bildirib ki, Bakı mümkün olan bütün vasitələrlə ərazi bütövlüyünü bərpa etmək hüququnu özündə saxlayır. Onun sözlərinə görə, Azərbaycan danışıqlar yolu və beynəlxalq hüquq prinsiplərinə əsaslanan yol xəritəsinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır.

«Eyni zamanda, əgər onilliklər boyu davam edən danışıqlar heç bir nəticə verməsə, Azərbaycan onun sərəncamında olan bütün mümkün vasitələrlə pozulmuş ərazi bütövlüyünü bərpa etmək hüququnu özündə saxlayır», Varşavada «Şərq Tərəfdaşlığı» və Vışeqrad qrupu ölkələri xarici işlər nazirliyi başçılarının iclasında Məmmədyarov belə bildirib.
Azərbaycanlı nazir həmçinin əminliklə bildirib ki, «Şərq Tərəfdaşlığının» gələcəy bir çox hallarda davamlı sülhün və sabitliyin bərqərar olmasından, münaqişələrdən əziyyət çəkən regionların sabitliyindən asılıdır, — Trend bu barədə xəbər verir. Onun sözlərinə görə, Azərbaycan hökuməti Dağlıq Qarabağın azərbaycan və erməni icmalarının birgə yaşaması üçün hər cür təminatlar verməyə hazırdır. Məmmədyarov əlavə edib ki, 2016-cı ilin aprel hadisələri «nə sülh, nə müharibə» vəziyyəti həssaslığını bir daha sübut etdi.