04.04. 2017/16:52; Peterburqda terror aktı nəticəsində ölən və yaralanan azərbaycanlılar — Gəncə sakinləridir

Peterburqda terror aktı nəticəsində ölən və yaralanan azərbaycanlılar — Gəncə sakinləridir

Sankt-Peterburq metrosunda terror aktı nəticəsində dünyasını dəyişən Rusiya vətəndaşı 21 yaşlı Dilbara Əliyeva əslən Gəncədən idi. Bu barədə İstinadən Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Soltan Qasımova istinadən APA məlumat verir.
Terror zamanı xəsarət alanlardan daha bir azərbaycanlı — Vəliyev Zaur da Rusiya vətəndaşıdır və o da Gəncə sakinidir.

«Hazırda Zaur Vəliyev Canalidze adına Elmi-tədqiqat institutunun cərrahiyyə şöbəsində təcili yardım edilir», — baş konsul belə bildirib.