13.03. 2017/00:49; Narine Dermenciyan: Qarabağ Azərbaycanın tərkibində olmalıdır

Narine Dermenciyan: Qarabağ Azərbaycanın tərkibində olmalıdır

Fəlsəfə elmləri doktoru, dilçi, hazırda Yerevanda yaşayan Narine Dermenciyan, «Azərbaycan və Ermənistan üçün Sülh Platforma»sını imzalayaraq, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına çağırış edib. Bu barədə Platformasının Katibliyində jurnalistlərə bildirilib.
«Mən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bütün tərəflərini dərhal hərbi əməliyyatları dayandırmağa, danışıqlar masasına oturmağa və 25 ildən artıq davam edən münaqişəni həll etməyə çağırıram. Sülh üçün zaman gəlib çatıb. Bu münaqişə hər iki ölkəyə bəla gətirdi. Suverenliyə, ərazi bütövlüyünə həmçinin, Ermənistan Respublikasının və Azərbaycan Respublikasının Beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstək ifadə edərək, münaqişənin BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüquq çərçivəsində həllinin vacibliyini vurğulamaq istəyirəm. Münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyəti də əhəmiyyətlidir», — alimin məlumatının mətnini eurasiadiary.com saytı belə bildirir.

Dermenciyan vurğulamışdır ki, münaqişəyə qədər iki xalq çoxəsrlik dinc yanaşı yaşamaq ənənələrinə əsaslanan harmoniya halında  yaşamışlar. «Biz, Azərbaycan və Ermənistan xalqları sülhün və gələcək nəsillərin çiçəklənməsinin təmin edilməsi naminə münaqişəni dayandırmalıyıq. Mən iki xalqın dinc yanaşı yaşaması ideyasını tam dəstəkləyirəm və 25 ildən artıq davam edən münaqişənin tezliklə sülh yolu ilə həll olunacağına ümid edirəm» — fəlsəfə elmləri doktoru Narine Dermenciyan bəyanatında belə qeyd edir.