12.03. 2017/15:57;Cənubi Koreyanın hakimiyyətdən uzaqlaşdırılan prezidenti sarayı tərk edib

Cənubi Koreyanın hakimiyyətdən uzaqlaşdırılan prezidenti sarayı tərk edib

İmpiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılan Cənubi Koreya prezidenti Pak Кın He Mavi saraydakı prezident iqamətgahını tərk edib,- bu barədə Reuters agentliyi xəbər verir.

 

Pak Seuldakı öz şəxsi evinə yola düşəcək.

9 dekabr 2016-ci il tarixində korrupsiya qalmaqalı fonunda ölkə parlamenti tərəfindən prezident Pak Кın Henin impiçmenti haqqındakı qərarını Cənubi Koreyanın Konstitusiya məhkəməsi təsdiq edib.

Cənubi Koreyada yeni prezident seçkiləri mayın 9-dən gec olmayaraq keçiriləcək.