24.02.2017/ 07:29; Mühacirətdə olan erməni ziyalıları Xocalı faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

Xocali2Mühacirətdə olan erməni ziyalıları Xocalı faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı veriblər (Video)

İsveçdə yaşayan tanınmış erməni publisisti və ictimai-siyasi xadimi Vaqe Avetyan Xocalı faciəsi ilə bağlı videomüraciəti dərc edib. O, həmin videomüraciəti öz Facebook səhifəsində yerləşdirib.

«Əziz azərbaycanlılar! Mühacirətdə olan erməni həmyerlilərim ziyalıları qrupu adından — mənə bəyanatın mətnini oxumaq səlahiyyəti verilib», — o belə müraciət edib.

«Əziz qonşular — azərbaycanlılar! Ölkədən didərgin düşmüş xaricdə yaşayan Ermənistan Respublikası nümayəndələri qrupu , erməni ziyalıları, siyasətçiləri, yazıçıları, rəssamları və dini islahatçıları adından mənə yuxarıda adı çəkilən soydaşlarımızın dünyanın azərbaycan intellektuallarına bizim qonşuluq həyatının bütün aspektlərini, faciələrini, tarixini əks etdirən müraciət hazırlanması barədə sizə məlumat vermək səlahiyyəti verilib. Sənəddə birgə tariximizin ən faciəli hadisələrinə toxunulur:

Avetyan bildirib ki, bunların içərisində Xocalı faciəsi xüsusilə seçilir. O vurğulayıb ki, müraciət müəllifləri soyqırım mövzusunu hərraca çıxarmaq niyyətində deyil. «ABŞ-da, Kanadada, İsveçdə və dünyanın digər ölkələrində yaşayan bir qrup erməni, bəyan edirlər ki, 1992-ci ilin fevralında Xocalıda baş verən hadisənin öz-özlüyündə soyqırıma uyğun gəlməsi danılmazdır və o bununla bağlı soyqırımı qurbanlarının ailələrinə, eləcə də bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir», — müraciətdə belə deyilir.