17.02.2017/ 12:04; Qaradağlı faciəsindən 25 il keçir

Qaradağlı faciəsindən 25 il keçir

       Erməni terrorizmi

Азербайджан Карабах Ходжалы - армянский терроризм
Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 25 il keçir. APA-nın məlumatına görə, erməni silahlı birləşmələri Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq,, Qaradağlıya hücuma keçmişlər. İki gün çəkən ağır döyüşlərdən sonra ermənilər fevralın 17-də kəndi işğalı etmişlər.

İşğal zamanı şahidlərin sözlərinə görə, kənd tamamilə dağıdılıb, dinc əhaliyə — günahsız uşaqlara, qadınlara və qocalara qarşı qəddarcasına — erməni vəhşiliyinə xas olan divan tutulub. 117 nəfər girov götürülüb, sonra onlardan 80 nəfəri xüsusi amansızlıqla öldürülüb, 6 nəfər itkin düşüb, 9 nəfər əsir götürülüb.

Şahidlər onu da deyiblər ki, əsir götürülmüş 43 azərbaycanlı Xankəndindən iki kilometr aralıda güllələnib, bundan sonra onların meyitlərinin bəzilərinin başları kəsilib.

Qaradağlı kəndi hal-hazırda erməni işğalı altındadır.