16.02.2017/ 10:51; Moqerini: ABŞ dünya liderliyini itirir

Moqerini: ABŞ dünya liderliyini itirir

Moqerini

ABŞ-dakı daxili siyasi vəziyyət ölkəni dünya liderliyi itkisinə gətirib çıxara bilər, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Federika Moqerini ABŞ-a səfəri barədə təəssüratlarını bildirərəkən jurnalistlərə belə deyib.
Onun sözlərinə görə, o heç vaxt Birləşmiş Ştatları indiki kimi belə qütblərə ayrılmış, parçalanmış və münaqişələrlə yüklənmiş görməməyib. «Həqiqətən dünya lideri rolunu oynamaq istəyən hər hansı bir kəs, gərək daxilən güclü və özünün birliyinə əmin olsun «, — deyə Moqerini bildirib.. Bundan başqa, o qeyd edib ki, ABŞ bütün dünya üçün sabitliyi pozan əlavə amil ola bilər.

Avropa İttifaqı və ABŞ-ın münasibətlərində yeni mərhələnin başlanması gedişində tərəflərin mövqelərinin üst-üstə düşməsinin geniş spektr üzrə müəyyənləşdiriləcəyini etiraf edən Moqerini bildirib ki, Vaşinqtonun Avropa Birliyinin siyasətinə müdaxilə etməməlidir.