15.02.2017/ 11:22; ABŞ sübut etməlidir ki, Türkiyə ilə iş görmək istəyir

ABŞ sübut etməlidir ki, Türkiyə ilə iş görmək istəyir
dipmun

Bu həftə Türkiyə prezidenti və ABŞ-ın yeni vəzifəyə keçən prezidenti lk telefon danışığı aparıb. 45 dəqiqəlik söhbət zamanı Rəcəb Ərdoğan və Donald Tramp terrorçularla mübarizə aparmaq barədə razılığa gəlmiş, Suriyada təhlükəsizlik zonalarının yaradılmasını və qaçqınlarla bağlı böhranı müzakirə etmişlər.

Bu telefon danışığından əvvəl Moskva ilə hər hansı bir mövqe razılaşdırılıbmı sualına Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə cavab verib: «Adətən belə məsələlər müzakirə edilmir, hər kəsin özünəməxsus ikitərəfli münasibətləri var».

Amerika-Türkiyə münasibətlərinin perspektivləri barədə Sabah Daily nəşri yazır.

Barak Obama administrasiyası Türkiyədə ABŞ haqqında pis təəssürat yaradıb, lakin gözləmək olar ki, Vaşinqton və Ankara köhnə dostluq əlaqələrini canlandıracaqlar, belə ki, hər iki ölkənin birlikdə edə biləcəyi çox işlər var. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın yeni prezidenti Donald Tramp arasında çoxdan gözlənilən telefon danışığı göstərdi ki, hər iki liderin iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmaq, köhnə əlaqələri və strateji alyansı bərpa etmək istəyi var. Tramp və Ərdoğan münasibətləri səmimi və hərarətlə başlayıblar. Bir zamanlar Ərdoğan qondarma elita ilə müharibə aparmaq məcburiyyətində qalmışdı. İndi Tramp Vaşinqtonda analoji müharibə ilə üzləşir və onun Ərdoğanın verə biləcəyi məsləhətlərinə ehtiyacı var.

Tramp İranla bağlı sərt mövqe tutmuşdur, Vaşinqtonla Tehran arasında münasibətlərdə gərginlik qaynama nöqtəsinə çatıb. ABŞ prezidenti İranın Milli qvardiyasını terror təşkilatı elan etməyə hazırlaşır. Türkiyə Tehranın nüvə bombasını istehsal etməmək və nüvə silahı hazırlamamaq barəsində vəd verməsi çərçivəsində nüvə sazişini təmin etmək üçün İranla qərb dövlətləri arasında anlaşma yaradılmasında fəal rol oynayıb. Bununla belə sazişin imzalanmasından sonra Tehran Türkiyədən üz çevirdi ki, bu da Ankaranın diqqətindən kənarda qalmayıb.

Beləliklə, Tehranla münasibətlərin qurulmasının incəlikləri haqqında və İranla bu böhranın idarə edilməsindən yaxşı məlumatlı olan Trampın Türkiyə kimi etibarlı və sadiq müttəfiqi var. Ərdoğan və Tramp öz köməkçilərinə Türkiyə-ABŞ münasibətlərinin yeni kursunun detallarını hazırlamağı tapşırıblar.

Mərkəzi Kəşfiyyat İdarəsininnin yeni direktoru Mayk Pомpео bu günlərdə Türkiyəyə ilk xarici səfərini edib. Türk və amerikalı yüksək səviyyəli digər məmurların səfərləri ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün zəmin hazırlayacaq. Bununla belə ABŞ-a Suriya Kürd Demokratik İttifaqı partiyasını (КДP) və amerikalıların İŞİD-ə qarşı istifadə etdikləri, onun Şimali Suriyada hakim olan terrorçu dəstəsini dəstəkləməkdən imtina etmək lazım gələcək. Bununla belə Vaşinqtona İranın Milli Qvardiyasına terror təşkilatı statusu verilməsi haqqında qərarından sonra, Suriya Kürd Demokratik İttifaqı partiyasını terrorçu təşkilatı elan etməsi çətin olmayacaq.

İki ölkə liderləri Al-Babedə və Rаккada DAİŞ-ə qarşı mübarizədə əməkdaşlıq haqqında razılığa gəlmiş və Rusiyanın Türkiyə ilə birlikdə iştirakıyla ABŞ bu məqsədə çatmaq üçün artıq yerüstü planlar hazırlayır. Bu dəfə Suriyada DAİŞ üzərində qələbə qazanmaq üçün bütün qüvvələr birgə mübarizə aparacaq.

Bundan başqa, iki ölkənin prezidentlərinin köməkçiləri, iyulun 15-də Türkiyədə qanlı çevriliş törətməyə cəhd edən gülənçi terror qruplaşmasının (FETO) aradan qaldırılması planı üzərində işləyəcəklər. Əlbəttə, FETO ilə Hillari Klintonun kampaniyasının maliyyə münasibətlərində əlaqələri Trampa məlumdur, o da faktdır ki, Gülən ABŞ-da məktəblərin təşkili adı altında milyonlarla dollar vergi pulunu oğurlayıb.

Türk xalqı keçmiş ABŞ prezidenti Barak Obama administrasiyasının neqativ münasibətindən çox narazı qalıb və ümid var ki, Tpamp yaranmış vəziyyəti düzəldəcək. Gözləmə müddəti çox uzun olmamalıdır, amma biz həqiqətən ümid edirik ki, ABŞ və Türkiyə öz köhnə dostluq əlaqələrini bərpa edə bilərlər. Və nəhayət, regional xəritə dəyişir və bir çox şeylər var ki, Türkiyə və ABŞ birlikdə edə bilərlər.