14.02.2017/ 11:26; «İran ABŞ üçün ehtiyat oyunçu rolunu oynayır»

«İran ABŞ üçün ehtiyat oyunçu rolunu oynayır»
ehtiyat

Tramp Çinin inkişaf etməsinə mane olmaq üçün müxtəlif addımlar atmağa çalışacaq.
«Obama Rusiyanı Ukrayna ilə münaqişəyə çəkərək- Krımın ilhaq olunması, sonra isə Donetsk və Donbas separatçılarının dəstəklənməsi ilə- Rusiya iqtisadiyyatının sürətli inkişafına xeyli ziyan vuraraq, onu tormozlaya bilib. Rusiyaya qarşı iqtisadi sanksiyalar ölkə iqtisadiyyatına elə zərbə vurub ki, tezliklə onu aradan qaldırmaq çətin olacaq. 2013-ci ildən başlayaraq, Rusiyanın artıq Avropa üçün təhlükə ola biləcəyi dayandırılıb».
Bu açıqlamanı «Ankara — Moskva» strateji «araşdırmalar Mərkəzinin türkiyəli eksperti, analitik Engin Özer regionda geosiyasi vəziyyətin və Amerika-İran münasibətlərinin gərginləşdirməsini şərh edərkən Vesti.az-a bildirib.

Neftin qiymətinin düşməsi ilə Afrika ölkələrinin əksəriyyətində təsirinin artması Çinin inkişafını gücləndirib və məhs onun timsalında yeni təhlükə yaranıb. Çin əgər bu templə inkişaf edərsə, onda 15 il ərzində ABŞ üçün çox ciddi təhlükə ola bilər.

Və Çinin güclənməsinə mane olmaq üçün, Tramp Çinə Moskvanın alternativ olması üçün Rusiyanın itirilmiş nüfuzunu geri qaytarmağa çalışacaq. Tramp Çinin inkişafına, iqtisadiyyatının genişlənməsinə mane olmaq və onun rolunun minimuma endirilməsi üçün müxtəlif addımlar atacaq.

Tramp da özünəməxsus tərzdə Obamanın siyasətini davam etdirir. Obama Rusiya üçün İrandan təhlükə mənbəyi kimi istifadə edib və o, öz rolunu yerinə yetirdikdən sonra, onu müvəqqəti olaraq bir kənara qoyublar və ehtiyac olduqda, İran vəziyyəti qızışdırmaq üçün yenidən istifadə olunacaq. İran ABŞ üçün ehtiyat oyunçu rolunu oynayır və lazım olduqda Vaşinqton Tehranı dərhal oyuna daxil edə bilər. Nəzərə alsaq ki, Rusiya öz əhəmiyyətini itirib və iqtisadi cəhətdən daha təhlükəli deyil, onda İran ABŞ-ın onun haqqında nə vaxt xatırlayacağını və onu oyuna nə vaxt qaytaracağını gözləməli olacaq.

Hazırda Fransa və Almaniyanın İranla sıx əlaqələri olmasından ABŞ bərk narahatdır. Məhz bu ölkələr embarqonu yumşaltmaq üçün öncə Tehranla razılığa gəliblər. Və İranın enerji resurslarının Avropaya gedəcəyi və ABŞ bu prosesdə iştirak etməyəcəyi Vaşinqtonun xoşuna gəlmir. Belə ki, enerji asılılığı olmayan Avropa İttifaqı İranla münasibətlərə xələl gətirilməsi üçün ABŞ-ın suyu bulandırması marağında deyil .