10.02.2017/ 10:09; Ağ ev xarici liderlərlə Trampın söhbətləri haqqında iinformasiyaların sızmasını araşdırır

Ağ ev xarici liderlərlə Trampın söhbətləri haqqında iinformasiyaların sızmasını araşdırır

sizma

ABŞ administrasiyası prezident Donald Trampın xarici liderlərlə telefon söhbətləri haqqında mətbuatda yayılan informasiyaların hansı yolla əldə olunmasını araşdırır, — Ağ evin rəsmi nümayəndəsi Şon Spayser bu barədə bildirib.

«Biz vəziyyəti araşdırırıq və bu həyəcan doğurur», — The Hill qəzeti Spayserin sözlərini sitat gətirir. Onun sözlərinə görə, «bu sızmaların bəziləri mövcud qayda və qanunların aşkar pozmasını təşkil edirlər».
Ağ evin nümayəndəsi dəqiq bildirməmişdir ki, hansı növ araşdırma aparılır. Eyni zamanda o vurğulamışdır ki, dövlət başçısı yaranmış vəziyyətlə bağlı şəxsən narahatdır. «Əlbəttə, o bundan narahatlıq keçirir. Danışıqların aparılması zamanı informasiya sızmaları faktının özü təhlükə törədir «, — o belə deyi.b

Bu ərəfədə Reyter agentliyi bildirmişdir ki, Rusiya prezidenti Vladimir Putinlə bu yaxınlardakı danışığın gedişində Tramp SNV-3 müqaviləsini uğursuz adlandırıb. Müntəzəm brifinqin gedişi zamanı Spayser bu iki lider arasında söhbətin şəxsi olduğunu bildirərək onu müzakirə etməkdən imtina etmişdir.

Bundan başqa, KİV-lər bildirmişlər ki, Tramp Avstraliyanın baş naziri və Meksika prezidenti ilə sərt danışıb. Amerika administrasiyası başçısının özü sonradan bu xəbərləri təkzib edib.