08.02.2017/ 12:13; Azərbaycanlılara xaricə daha çox valyuta göndərməyə icazə verdilər

Azərbaycanlılara xaricə daha çox valyuta göndərməyə icazə verdilər
valyuta

Azərbaycan mərkəzi bankı rezident və qeyri-rezidentlər üçün xarici valyuta ilə əməliyyatların aparılması qaydalarına dəyişikliklər edib.

«İnterfaks-Azərbaycan» saytına istinadən Vesti.Az xəbər verir ki, bundan sonra fiziki şəxslər bir ay ərzində 30 min ABŞ dollarına qədər valyutanı, o cümlədən hər biri 10 min dollar olmaqla bank hesabından, hesab açılmadan və yaxın qohumlarının adından xaricə göndərə bilərlər.