08.02.2017/ 10:43; Tramp və Ərdoğan 45 dəqiqəlik telefon danışığı aparıb

Tramp və Ərdoğan 45 dəqiqəlik telefon danışığı aparıb

telefon

ABŞ prezidenti Donald Tramp və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilk 45 dəqiqəlik telefon danışığı aparıb, çərşənbə günü Sabah Daily qəzeti Türkiyə mənbələrinə istinadən xəbər verib.

«Prezident Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefonla Türkiyə və ABŞ arasında sıx və köhnə münasibətləri barədə, həmçinin terrorizmə və onun bütün formalarına qarşı mübarizədə ümumi sadiqlikdən danışmışlar «, — Ağ evin mətbuat xidmətinə istinadən RİA Novosti bu barədə xəbər verir.

«Prezident Tramp NATO üzrə müttəfiqi və strateji tərəfdaşı kimi ABŞ-ın Türkiyəni dəstəklədiyini yenidən bəyan edib və İŞİD ilə mübarizədə Türkiyənin töhfələrini alqışlayıb», — Ağ evdə belə qeyd edirlər.

Mənbələrin məlumatına görə, iki lider arasındakı söhbət «müsbət hal» kimi qiymətləndirilir. Söhbət barədə əlavə təfərrüatlar hələlik açıqlanmır.