07.02.2017/ 05:07; Azərbaycan Rusiyada ticarət nümayəndəliyini açacaq

Azərbaycan Rusiyada ticarət nümayəndəliyini açacaq

ticaret

Azərbaycan Rusiyada ticarət nümayəndəliyini yaratmağı planlaşdırır. Bu haqda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi başçısının müavini Sahil Babayev Amerika ticarət palatasının üzvləriylə görüşü zamanı bildirib, — Vestikavkaza bu barədə yazır.

«Rusiya – Azərbaycanın əsas ticarət partnyorudur, bu məntiqə görə respublikanın birinci ticarət nümayəndəliyi də məhz orada açılacaq», — «Vestikavkaza»nın müxbiri onun sözlərini sitat gətirir.

«Biz yaxın gələcəkdə Çin və Birləşmiş Ərəb Əmirliklərində də ticarət nümayəndələliklərinin açılşası imkanlarına baxırıq. Həmçinin Azərbaycan ticarət məhsullarını artırmaq üçün Belarus və Ukraynada ticarət evlərini açmaq niyyətindədir», — Sahil Babayev əlavə etdi.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev səfirliklərdə və ölkə konsulluqlarında ticarət nümayəndələrinin təyinatı haqqında fərman imzalayıb. Ticarət nümayəndələri xarici ölkələrlə Azərbaycanın ticarət-iqtisadi əlaqələrinin genişlənilməsini həyata keçirəcək və respublikanın iqtisadi maraqlarını müdafiə edəcəklər.