04.02.2017/ 09:44; Rusiyalı politoloq Aleksey Fеnеnко: ABŞ Tillersonun zamanında Mərkəzi Asiyaya diqqəti artıracaq

Rusiyalı politoloq Aleksey Fеnеnко: ABŞ Tillersonun zamanında Mərkəzi Asiyaya diqqəti artıracaq

Tillerson

ABŞ-ın yeni dövlət katibi Reks Tillersonun cümə axşamına keçən gecə andiçmə mərasimi olub. Rəsmi mərasim Ağ evdə ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçirilib.

Reks Tillerson dövlət katibliyi zamanında ABŞ Mərkəzi Asiyadan Rusiyanı sıxışdırıb çıxarmağa və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qarşı çıxış etməyə cəhd edəcək — Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsinin dosenti Aleksey Fеnеnко belə hesab edir, RİA Novosti bu barədə yazır.
«Reks Tillerson neft-qaz kompleksi ilə bağlı adamdır. Deməli, ABŞ xarici siyasətində neft-qaz məsələlərinə daha çox diqqət ayırmalı olacaq. Bu, Rusiya üçün Qafqazda və Orta Asiyada böyük problem ola bilər», Ria Novostinin eksperti belə bildirib.
Onun sözlərinə görə, «ABŞ yeni mərhələdə Buşun siyasətinə qayıdacaq və əsas diqqəti Ukraynadan Xəzər dənizinə doğru irəliləyişə yönəldəcək».

«Bu, amerikanın Gürcüstanda fəallaşmasına səbəb olacaq, bu ABŞ-ın Türkmənistanla, Özbəkistanla və bizim üçün xüsusilə xoşagəlməz olan Qazaxıstanla müstəqil iş apararaq Azərbaycana nüfuz etməsi və Rusiyanı Mərkəzi Asiyadan sıxışdırmağa cəhd etməsi deməkdir,. Belə ki, biz Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qarşı yeni oyunu və Orta Asiyaya nüfuz cəhdlərini gözləməli olacağıq», Fеnеnко belə qeyd edib.