01.02.2017/ 06:26 Azərbaycan XİN başçısı: Biz işğal olunmuş bütün rayonları bir-bir azad edəcəyik

Azərbaycan XİN başçısı: Biz işğal olunmuş bütün rayonları bir-bir azad edəcəyik

brifinq

Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov əmindir ki, bütün işğal olunmuş kəndlər tezliklə geri qaytarılacaq. Bu, yalnız ilk addımdır. Mən əminəm ki, bütün kəndlər geri qaytarılacaq və abadlaşdırılacaq, — Report belə bildirib.

Bu barədə Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov brifinqdə ermənilər tərəfindən işğal edilmiş Cəbrayıl Rayonu Cocuq Мərcanlı kəndinin azad olunması məsələsini şərh edərkən bildirib.

O qeyd edib ki, ilk növbədə Azərbaycan hökuməti kəndlərin bərpası ilə məşğul olacaq, daha sonra beynəlxalq təşkilatlar da bu prosesə qoşula bilər. «Əvvəlcə bilmək lazımdır ki, biz onları bu işə hansı formada cəlb etməliyik», — XİN başçısı belə bildirib.

XİN başçısı həmçinin Azərbaycanla Qətər arasında münasibətlərə də aydınlıq gətirib: «Münasibətlər ardıcıl olaraq inkişaf edir. Siyasi baxımdan beynəlxalq aləmdə mövqelərimiz üst-üstə düşür».

Bu barədə brifinqdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qətərin Xarici İşlər Naziri şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə görüşdən sonra bildirib.

Məmmədyarov həmçinin bildirib ki, görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli.yollarıbı müzakirə edib.

XİN başçısı Azərbaycanın Fars Körfəzindəki Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ilə əlaqələri daha da inkişaf etdirmək niyyətində olduğunu xatırladıb: «Biz yayda bu ölkələrlə birgə iclas keçirməyi planlaşdırırıq».

Moskva XİN başçıları səviyyəsində Azərbaycanın Rusiya və Ermənistan görüşünü təşkil etməyə çalışır, və Bakı bu görüşə razılığını verib.

Məmmədyarov yanvarın 24-də Moskvada Lavrovla da son görüşünə öz qiymətini verib. «Moskvada danışıqların nəticələrinə nikbinliklə baxa bilmərəm», — Məmmədyarov belə deyib. Görüşdə XİN rəhbərləri Moskvada Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə ediblər.

«Fevralın 17-19-da Münhendə Münhendə təhlükəsizlik konfransı keçiriləcək və bu konfrans çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş planlaşdırılır», — o belə deyib. «Bizim əsgərin meyidinin verilməməsi antihumanist addımdırl», — Elmar Məmmədyarov deyib.

Nazir erməni tərəfinin hərəkətlərini pisləyib: «Bu düzgün addım deyil. Biz bunu həmsədrlər ilə də müzakirə edəcəyik. Biz döyüşlər zamanı həlak olanların meyidlərinin qaytarılması barədə bir neçə dəfə razılığa gəlmiıik «.