17.01.2017/ 05:55; İstanbula yeni il gecəsində terror aktı törətməkdə şübhəli bilinən Əbdülqadir Маşaripov tutulub

İstanbula yeni il gecəsində terror aktı törətməkdə şübhəli bilinən Əbdülqadir Маşaripov tutulub
atici

Türkiyə xüsusi xidmət orqanları İstanbul klubunda yeni il gecəsində terror aktı törətməkdə şübhəli bilinən şəxsi — Əbdülqadir Маşaripovu Qırğızıstandan olan dostunun evində tutub saxlayıblar. Bu barədə Hurryiet xəbər verir.
Əməliyyat bazar ertəsi yanvarın 16-da axşam İstanbulun Esenyurt rayonunda keçirilib. Sabah Daily nəşrinin məlumatına görə, Маşaripov Qırğızıstan sakini olan dostunun evində saxlanılıb. Hazırda o polis qərargahında dindirilir.

Türkiyə polisi yanvarın 7-də şübhəli şəxsin şəxsiyyətini müəyyənləşdirib. O, Əbu Məhəmməd Xorasan.kimi tanınan Özbəkistan əslli Əbdülqədir Маşaripov olub, Reina gecə klubunda kütləvi qırğın törətdikdən sonra qaçmağa müvəffəq olan şəxsin axtarışlar bütün bu müddət ərzində davam etmişdir.

Yanvarın 1-nə keçən gecə naməlum terrorçu İstanbuldakı Reina gecə klubuna hücum edib. Hücum nəticəsində 39 nəfər, o cümlədən azərbaycan əsilli Rusiya vətəndaşı Nuranə Həsənova öldürülüb. Törədilən terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Terrorla bağlı İstanbulda 40 nəfər, o cümlədən Rusiya vətəndaşları saxlanılıb.