02.01.2017/ 09:27;Çin hökuməti valyuta alışı üçün yeni məhdudiyyətlər tətbiq edib

Çin hökuməti valyuta alışı üçün yeni məhdudiyyətlər tətbiq edib

1
Çində yanvarın 1-dən ölkə vətəndaşları üçün xarici valyutanın alınmasına nəzarət sərtləşdirilib.Bundan sonra öz yuanlarını digər ölkələrin valyutasına dəyişmək istəyən insanlar, həm özləri, həm də dəyişəcəyi pulların mənşəyi haqqında əlavə məlumat təqdim etməlidirlər.

50 min dollar məbləğində valyuta mübadiləsi illik kvota üçün dəyişməz qalır,- Bi-bi-si bu barədə xəbər verir.

Çin Dövlət administrasiyasının saytında deyildiyi kimi, bu minvalla ölkə hakimiyyəti xaricə kapital axınının miqyasını azaltmağa ümid edir.

Analitiklərin qiymətləndirmələrinə görə, 2015-ci ildə Çindən 1 trln. dollar kapital axını olub, — Frans press agentliyi belə xəbər verir.

Bloombergin Intelligence isə bildirib ki, 2016-ci ilin yanvarından sentyabrına qədər Çindən artıq 690 mlrd dollar daşınıb.