20.12.2016/ 22:42; Ərdoğan: Türkiyə Rusiya ilə münasibətləri pozmağa heç kimə imkan verməyəcək

Ərdoğan: Türkiyə Rusiya ilə münasibətləri pozmağa heç kimə imkan verməyəcək
facie

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki,Rusiya ilə münasibətləri pozmağa heç kimə imkan verməyəcək, — Ria Novosti bu barədə xəbər verir.

«Bir daha demək istəyirəm ki, Andrey Каrlovun ölümü haqqında xəbəri eşidərkən hansı ağrıni hiss etdim. O, çox mehriban və sevimli insan idi. Dünənki hücum yüksək dərəcədə faciəvidir. Mən bunu kim edibsə ona lənət olsun deyirəm. Prezident Putinə, onun ailəsinə, Rusiya xalqına öz dərin başsağlığımı bildirirəm. Dünən Putinlə söhbətimdə mən dedim ki, bunlar açıq-aşkar təxribatdır. Biz heç bir halda Rusiya ilə münasibətlərimizi pozmağa imkan verməyəcəyik», Ərdoğan belə bəyan edib.

Dekabrın 19-da Ankarada «Rusiya türklərin gözü ilə» fotosərgisinin açılışında silahlı bir kişi Rusiyanın Türkiyədəki səfiri Andrey Каrlova hücum edib.

Rusiya XİN sonradan onun ölümünü təsdiqləyib. Qatil polis hücumu zamanı güllələnib.