07.12.2016/ 11:19; Ermənistan qorxu içindədir: «Azərbaycan hərbi təlimlərdə böyük çeşiddə silah nümayiş etdirib»

Ermənistan qorxu içindədir: «Azərbaycan hərbi təlimlərdə böyük çeşiddə silah nümayiş etdirib»

qorxu

Ancaq bu, hələ başlanğıcdır, «Azərbaycan özünün onsuz da cürbəcür geniş kolleksiyalı silahlarını zənginləşdirməkdə davam edir». Bu barədə hərbi ekspert Arkadi Qriqoryan Azərbaycan KİV-lərində növbəti xarici silahların — bu dəfə Ukrayna «Taymanov»unun alınması barədə .Ermənistanın News.am saytının müxbirinin xahişi ilə məsələni şərh edərkən açıqlamasında belə deyib.

«Azərbaycan Silahlı Qüvvələri bu yaxınlarda keçirilən keçirilən təlimlərdə çox geniş spektri böyük çeşiddə döyüş silahları nümayiş etdirib. Sanki bu təlim deyil, birbaşa Hollivudun ən yaxşı şou ənənələrinə uyğun olmuşdur «, — ekspert rişxəndlə belə söyləyib.

Qriqoryanın şərhi Azərbaycan Silahlı Qüvvələrinin aldığı silahlar işğalçıların növbəti dəfə hansı qorxu keçirməsini bir daha sübut edir, Silah alınması isə hələ davam edəcək, belə ki, 2017-ci ildə müdafiə xərclərinin 2 dəfə artırılması qərara alınıb.