03.12.2016/ 16:18; Türkiyə XİN başçısı: «Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Rusiyanı dəstəkləyirik»

Türkiyə XİN başçısı: «Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Rusiyanı dəstəkləyirik»

destek
Bu gün Bakıda səfərdə olan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Alanya şəhərində rusiyalı həmkarı Sergey Lavrovla görüş zamanı Qarabağ münaqişəsi mövzusunu qaldırıb, bu problemin həllində Moskvanın səylərini dəstəklədiyini bildirib, — Vesti.Az bu barədə xəbər verir.

«RF XİN başçısı Sergey Lavrovla görüşdə Qarabağ məsələsi müzakirə olunub. Rusiya Qarabağ münaqişəsinin nizamlanması ilə məşğuldur. Bu münaqişənin həllinin vacibliyi vurğulanmışdır. Biz bu məsələdə Rusiyanın səylərini dəstəkləyirik», — Bakıda mətbuat konfransında Çavuşoğlu belə bildirib və əlavə edib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.