01.12.2016/ 11:29; İrəvan qəzəblənir: Azərbaycan Rusiyaya Ermənistandan daha çox lazımdır

İrəvan qəzəblənir: Azərbaycan Rusiyaya Ermənistandan daha çox lazımdır

qezeb
Kreml Yaxın Şərqdə çox incə oyuna başlayır. Ermənistanın siyasi dairələri çaşqınlıq içindədirlər: Rəsmi Moskva sadəcə Azərbaycanın indiyədək öz strateji obyektlərini Rusiyaya satmadığını KTMT hərbi bloka dazil olmamasını və
Avrasiya İqtisadi Birliyinə qoşulmaqdan imtina etməsini böyük sevinclə qarşılayır.

Və daha bir fakt — guya narahat dövrlərdə regionda Rusiyanın forpostu Ermənistanın Qafqazda rolunun artmasının ehtimalı əvəzinə Azərbaycanı sürətlə silahlandırması rəsmi İrəvanı daha da qıcıqlandırır Bundan başqa, Moskva Ermənistan rəhbərliyinə ianəçi tərəfin yerini göstərir və 10 milyonluq ölkəyə, yəni Rusiyadan milyardlarla dollar müasir silahlar alan Azərbaycana hansı rol ayrılmasını bəyan edir.

Amma Azərbaycan Rusiyanın təkcə müasir silahlar alan maraqlı ölkələr kontekstində deyil. Dünyada və xüsusən də mürəkkəb və partlayış nəticələnə biləcək Yaxın Şərq kimi regionda siyasi vəziyyət, sürətlə dəyişir. İranla fəal əməkdaşlığa başlayan Rusiya ərəb şeyxlərinə bəzi xoşagəlməz sürprizlər edə bilər. Yeri gəlmişkən, bu kontekstdə biz, Yəməndə, İraqda və Suriyada qanlı hərbi əməliyyatlar törətkmək niyyətində deyilik və başqa məsələlərə də diqqət yetiririk.

Söhbət ondan gedir ki, Rusiya təkcəməkanında deyil, həm də Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində (ŞƏT) çox fəal siyasət aparmaq qərarına gəlib. Təkcə ŞƏT-də deyil, dünyanın ən böyük ölkələrindən biri olan Hindistanın həm də Avro Asiya İqtisadi İttifaqı ölkələri ilə sərhədləri yoxdur.

Eyni zamanda, Rusiya Cənubi Asiyanın sürətlə inkişaf edən ölkələri ilə çox sıx iqtisadi münasibətlər qurmaq əzmindədir. Yeri gəlmişkən, Hindistanın cənub-qərb bölgələri, xüsusilə Mumbay çox fəal inkişaf edir.

Rusiyanın strateji xətti Hindistan — İran iqtisadi oxunun yaradılmasına yönəldilib. Amma onun başa çatması üçün Rusiya və İranı birləşdirəcək daha bir aralıq ölkə — ya Azərbaycan və ya Ermənistan lazımdır. Əlbəttə, rəsmi İrəvan tez bir zamanda vərəq üzərində bir neçə milyard dollarlıq onların fikrincə İran və Ermənistanın, sonra isə Rusiya ilə Gürcüstanın dəmir yolu xətlərini birləşdirən plan çəkdilər.

Hətta, Rusiya rəhbərliyi Ermənistan dəmir yolunun Rusiya dəmir yolları konsessiyanda olmasına baxmayaraq, Ermənistanın təklif etdiyi variantı iranlı tərəfdaşlarına təklif etməkdən imtina etdilər. Yeri gəlmişkən, Sovetlər İttifaqı dövründə Gümrü (Ermənistan) — Qars (Türkiyə) , həmçinin Ermənistanın Mehri ərazisindən keçən Culfa (İran)-Culfa (Azərbaycan), daha sonra Bakı istiqamətində hərəkət edən dəmir yolu şaxəsinə sahib olan məhz Ermənistan regional mərkəz roluna iddia edirdi.

Lakin, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının işğalı ona gətirib çıxardı ki, nə İran, nə də Türkiyə ilə dəmir yolu əlaqəsi olmayan ölkə regional izolyasiyaya məruz qaldı. Və indi, Azərbaycana artıq gələn il Türkiyə istiqamətində Bakı-Tbilisi-Qars dəmir yolunu İran istiqamətində Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xətti tikintisi vasitəsilə həlqəvi etmək mümkün olacaq.

Hərçənd ki, biz Hindistan məsələsinə qayıdacağıq, beləi bu, «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi yüklər uğrunda özünəməxsus tərzdə müharibədir. Yəni, ilkin mərhələlərdə söhbət ildə 6 mln. ton yükdən gedir, gələcəkdə isə bu rəqəm 15-20 mln. tona çatacaq.

Hind ixracının təxminən 40%-nin təşkil etdiyi Mumbai (Hindistan) limanı vasitəeilə göndərilən malların Dubay (Birləşmiş Ərəb Əmirlikləri) limanına deyil Bəndər Abbas (İran) limanına daxil olması üçün Rusiya Yaxın Şərqdə çox incə bir oyuna başlayır. Astara-Rəşt dəmir yolu sahəsinin tikintisi başa çatdıqdan sonra yüklər İranın dəmir yolu vasitəsilə ilə Azərbaycana, daha sonra isə Rusiyanın istənilən nöqtəsinə göndərilə bilər.

İrandan olan ekspertlərin hesablamalarına görə, Mumbaydan Moskvaya qədər dəniz yolu marşrutu 45 gün təşkil edir, bununla belə «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə mal göndərilməsinə sərf edilmiş vaxt 40% , xərclər isə 30% azalır.

Yəqin ki, siyasi nüansları nəzərə almadan bu layihə üzrə Rusiya, Azərbaycan və İran üçün hansı iqtisadi dividendlər qazanmaq barədə danışmaq belə artıqdır. Ola bilsin ki, bütün bunlar İrəvandan olan bu savadsızların «kor gözlərini» heç olmasa bir qədər açsın və onlar başa düşsünlər ki, Azərbaycanla sülh bağlanması və işğal olunmuş torpaqlarının azad edilməsi müqabilində kommunikasiyaların bərpası regionda ilk növbədə Ermənistan üçün vacibdir.