01.12.2016/ 09:27; Rusiya və Ermənistan birləşmiş qoşun qruplaşması haqqında saziş imzalayıblar

Rusiya və Ermənistan birləşmiş qoşun qruplaşması haqqında saziş imzalayıblar

bqq
Rusiya Federasiyası və Ermənistanın müdafiə nazirləri Sergey Şoyqu və Vigen Sarkisyan iki ölkənin Birləşmiş qoşun qruplaşması barədə saziş imzalayıblar, — Ria Novosti bu barədə yazır.

Qruplaşmaya Rusiyanın Ermənistan ərazisində yerləşdirilən102 saylı hərbi bazası və Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir. Qeyd edilib ki, əgər ehtiyac olarsa qruplaşma vəzifələrin birgə yerinə yetirilməsi üçün yaranır.
Nazirlər həmçinin 2017-ci il üçün əməkdaşlıq planını imzalayıb.