28.11.2016/ 11:22; Rusiyalı tarixçi Oleq Kuznetsov : «Moskva Qarabağın işğalı rejiminin saxlanmasına görə məsuliyyət daşıyır»

Rusiyalı tarixçi Oleq Kuznetsov : «Moskva Qarabağın işğalı rejiminin saxlanmasına görə məsuliyyət daşıyır»
oleq-kuznetsov

«Belə uzunmüddətli səhvi davam etdirmək olmaz»
Riyaziyyatda belə bir qayda var: Toplananların yerini dəyişəndə cəm dəyişmir. Bu qayda dəyişikliyi ATƏT-inMinsk qrupunun həmsədrlərinin dəyişilməsinə tam tətbiq olunub. Mən bu barədə bir ay əvvəl Fransalı həmsədrin dəyişməsi ilə əlaqədar artıq demişdim, indi mənə yalnız bu kimi bəyanatlar kontekstində Ceyms Uorlikin bu ilin sonunda fəaliyyətini başa çatdırması barədə eyni sözləri demək qalır.

ATƏT-in Minsk Qrupunun həmsədrləri karyeralı diplomatlar, öz ölkələrində xidmətdə olan, Minsk qrupunun tərkibində məmurları olduqları ölkələrinin fikirlərini ifadə edirlər. Əslində, mahiyyətcə onların özlərinin müstəqil fikirləri yoxdur və yalnız Dağlıq Qarabağ münaqişəsinin həllində dövləti xidmətdə olduqları həmin ölkənin siyasi rəhbərliyinin fikirlərini bildirirlər. Başqa sözlə, həmsədr fiqurları dəyişmək heç nəyi həlle tmir. Bu vəzifəyə yeni təyin olunan diplomat xarici işlər nazirliyində və ya başqa cür desək öz ölkəsində ona verilən göstərişləri yerinə yetirir. Ceyms Uorlikin deyək ki, Con Smitlə əvəzlənməsi texniki baxımdan heç nəyi dəyişmir.

Lakin ABŞ-da prezident administrasiyası bu dövlətin başçısı Donald Trampın seçilməsiilə əlaqədar dəyişir. Bu mühüm hadisə — hazırda Dağlıq Qarabağda münaqişənin həllinə münasibətdə ABŞ-ın mövqeyini dəyişə biləcək. Donald Tramp və onun müşavirləri bu işdə prezident Barak Obama administrasiyasının mövqeyi ilə müqayisədə xarici siyasət məsələlərində fərqli prinsipial mövqe nümayiş etdirəbilər. O nədən ibarət olacaq, biz yeni seçilmiş ABŞ prezidentinin andiçmə mərasimindən sonra onu biləcəyik. Təbii ki, ABŞ Dövlət departamentinin yeni təyin ediyi ATƏT-in Minsk qrupunun həmsədri onu səsləndirəcək. Bunu gözləmək üçün çox vaxt qalmayıb.

Şəxsən mən Donald Trampı praqmatik və bir qədər etik normaları pozan siyasətçi hesab edirəm, o bu keyfiyyətlərini maliyyətcə biznes sahəsində dəfələrlə sübut edib. Düşünmürəm ki,  adam o yaşında başqa bir şəraitdə fəaliyyətini dəyişməyə qadir olsun. Buna görə də o, özündən əvvəlki sələfi kimi qondarma ideoloji konstruksiyalarla deyil, real vəziyyəti nəzərə alacaq.

Bu gün isə Dağlıq Qarabağ ətrafında vəziyyət belədir: Azərbaycan bütün hərbi-texniki parametrlər üzrə Ermənistandan üstündür, beynəlxalq hüquq-onun tərəfindədir, Ermənistanın tərəfində isə — onun ambisiyaları, Rusiyanın və diasporanın dəstəyidir, bununla belə ölkədə yaşayan sadə ermənilər işğal olunmuş Azərbaycan ərazilərinin əsiri olmaq arzusu ilə yanmırlar və imkan düşən kimi öz ölkələrindən gedirlər. Bu vəziyyət çox uzun müddət davam edə bilməz.

Bu gün hərbi-texniki və resursa görə Ermənistanı dəstəkləyən yalnız Rusiya Azərbaycan torpaqlarının işğalının davam etməsində tam məsuliyyət daşıyır. Amma Ermənistanın hörmətdən düşməsi onu Qarabağın Bakının yurisdiksiyasına qaytarmasına və ya Ermənistan hökumətinə tabe olmayan öz özəl hərbi kampaniyaların işğal rejimini dəstəkləməsinə gətirib çıxaracaq. Bu ilin aprelindəki döyüşlər məhz bu münaqişə regionunda vəziyyətlə bağlı olmuşdur.

Amma bu gün şərait pat vəziyyətində deyil, o dalana dirənib, lakin dalan öz resurslarını başa vurmaqla ATƏT-in Minsk qrupunda olduğu kimi öz-özünə dağıla bilər. 2016-cı il göstərdi ki, Ermənistan işğal edilmiş ərazilərdən özü gedəcək, amma bu təkcə onun məğlubiyyəti deyil, o həm də 250 il bundan öncə öz axmaqlığı geosiyasi səhvi ucbatından edilmiş Rusiyanın məğlubiyyəti olacaqdır. Belə uzunmüddətli səhvi davam etdirmək olmaz.