29.11.2016/ 07:18; Cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin pilotsuz təyyarəsi vurulub

Cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin pilotsuz təyyarəsi vurulub
dron

Azərbaycanın müdafiə nazirliyi bəyan edib ki, Dağlıq Qarabağda təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatı vurulub, RİA NOVOSTİ bu barədə xəbər verir.

«Noyabrın 26-da axşam saatlarında Qarabağda cəbhənin Füzuli rayonu istiqamətindəki təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı aşkarlanıb və məhv edilib «, məlumatda belə deyilir.

İdarədən bildiriblər ki, pilotsuz təyyarə Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə çalışırdı.