26.11.2016/ 18:25; İran prezidentinin müşaviri: Tehran azərbaycanlıların maraqlarına zidd olan heç bir addım atmayacaq

İran prezidentinin müşaviri: Tehran azərbaycanlıların maraqlarına zidd olan heç bir addım atmayacaq
mushavir

İran və Azərbaycan xalqları qardaş xalqlardır və heç bir qüvvə onların arasında dura bilməz. Aprel böhranı zamanı İran Ermənistana birbaşa xəbərdarlıq etdi ki, gələcəkdə gərginliyin artırılmasına yol verməyəcək. Bu barədə İran prezidentinin müşaviri Əli Əsgər Soltaniyə bildirib.

» Bizim ürəklərimiz bir döyünür. İran və azərbaycan xalqları qardaş xalqlardır və heç bir qüvvə onların arasında dura bilməz. Biz Azərbaycana qardaş ölkə kimi həmişə yardım göstərmişik və qoy heç kəs bizim bu səmimiliyimizə şübhə etməsin. Amma iranlıları son vaxtlar Azərbaycan və İsrailin yaxınlaşması çox narahat edir. Biz sizin ölkənin nümayəndələrinə bu barədə öz narahatlığımızı dəfələrlə bildirmişik. Hamı bilir ki, İsrail İranı məhv etmək istəyir, mahiyyətcə iran xalqı onun üçün düşməndir. Azərbaycan da bizim ehtimalları nəzərə almalıdır».

İran prezident administrasiyasının rəsmisi hesab edir ki, Tehran və İrəvanın yaxşı münasibətləri Bakının xeyrinədir, çünki iran hakimiyyəti Azərbaycan və Ermənistanın münasibətlərinə qarışmağı lazım hesab etmir.

«Aprel böhranı zamanı biz Ermənistana birbaşa xəbərdarlıq etdik ki, gələcəkdə gərginliyin artırılmasına yol verməyəcəyik. Əgər Tehranla Yerevan arasında əlaqələr olmasaydı, Ermənistan 1990-cı illərin əvvəllərində olduğu kimi havadarlarına arxalanaraq, hərbi əməliyyatları davam etdirərdi. İrəvanda anlayırlar ki, onlar İran tərəfindən asılıdır və buna görə də vəziyyəti gərginləşdirmirlər».

1990-cı illərin əvvəllərində Ermənistanın qardaş Azərbaycan torpaqlarının işğalını qarşı niyə heç bir təsir göstərməməsi sualına iran administrasiyasının nümayəndəsi bunu azərbaycan o vaxtkı rəhbərlərindən soruşmağı təklif etmişdir.

«Onlar çoxlu səhvlərə yol verib. İran onda sizin hakimiyyətə xəbərdarlıq edirdi ki, belə siyasətin davam etdirilməsi Azərbaycanın maraqlarına uyğun deyil, amma yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət dəyişdi. Əliyev yaxşı siyasətçi idi», o belə deyib.

İRAN nümayəndəsi əmindir ki, onun ölkəsi Ermənistanla münasibətlər saxlamaqla hadisələrə təsir göstərmək imkanına malik olmalıdır ki, regionda gedən hadisələrə və hətta İrəvana təzyiq göstərə bilsin.

«Biz Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləyirik. Bu mənim rəhbərimin, prezidentimin və xalqımın mövqeyidir. Azərbaycan xalqı əmin ola bilər ki, İran onun maraqlarına zidd olan heç bir addım atmayacaq», o belə vurğulayıb.