23.11.2016/ 10:30; Xuraman Vəfa səriştəsiz həkimlərdən danışdı

Xuraman Vəfa səriştəsiz həkimlərdən danışdı

xuraman

“Vəfa” jurnalının təsisçisi və baş redaktoru, publisist-şairə Xuraman Vəfa «Kür» İnformasiya Agentliyinə həkim səriştəsizliyindən danışıb. Onun sözlərinə görə, şairə özü də bir neçə dəfə bu problemlə qarşılaşıb :

“Tibbin dünyada inkişaf etdiyi bir dövrdə həkim səriştəsizliyi, yalnış diaqnoz, labarotoriya testlərinin səhv nəticələri, təcili yardım servislərinin yetərsizliyi, doğuş zamanı dünyasını dəyişən analar, körpələrin ölümü təəccüb doğurmaya bilmir. Bu gün xəstəxanaların əksəriyyətində müasir texnologiyaya cavab verən tibbi avadanlıqlar var. Amma bu avadanlıqlardan çox az mütəxəssislər istifadə edə bilir. Bir analiz vermək üçün 3-4 xəstəxanaya müraciət etməli olursan. Hər xəstəxana analizin cavabını fərqli verir. Unudurlar ki, burada söhbət insan həyatından, can sağlığından gedir”
X.Vəfa qeyd edib ki, son illər həkim səriştəsizli, yalnız diaqnozlardan nə qədər insan şikəst qalıb, dünyasını dəyişib. «Mən dəfələrlə həkim səriştəziliyi, yalnış diaqnoz ucbatından depressiyaya girmişəm. Sonra xaricə üz tutmuşam. Sən demə diaqnoz da , müalicə də səhvdir. Aylarla müalicə alırsan , iynə, dərman qəbul edirsən ki, sağalacaqsan, birdən sənə deyirlər ki, müalicə səhvdir. Bu xətalara görə mütləq tibb işçilərinin cəzalandırılmasını istərdim. Bu sahədə ən yaralı yerimiz dərman preparatlarının keyfiyyətsiz olmasıdır. Dərmanı üç-dörd gün içirsən, təsir etmir. Həkimlər özləri də bunu etiraf edirlər. Eyni zamanda ,dərman preparatlarının təlimatı başqa dillərdədir. Bu da xəstənin təlimatı oxumasına imkan vermir . Cənab prezident belə bir sərəncam vermişdi ki, dərman preparatlarının təlimatları öz dilimizə çevrilsin”
Xanım publisistin sözlərinə görə, bu problemlərin aradan qalxmasının artıq vaxtıdır: “Bu gün cəmiyyəti maraqlandıran bu problemlər tədricən aradan qalxmalıdır. Onu da qeyd edim ki, bacarıqlı həkimlərimizin də sayı az deyil, sadəcə səriştəsiz həkimlərin ucbatından insanlarda bacarıqlı həkimlərə də inam qalmayıb.