23.11.2016/ 10:17; «İstənilən anda Qarabağda müharibə başlaya bilər»

«İstənilən anda Qarabağda müharibə başlaya bilər»
risk

«Vəziyyət son dərəcə təhlükəli olaraq qalır»
Qarabağda daha bir genişmiqyaslı partlayışın baş verə biləcəyi üçün real narahatlıq var. Bu barədə Novosti Armenii nəşrinə müsahibəsində «Caucasus Survey»in redaktoru, Chatham House analitiki Lourens Broers bildirib.

Onun sözlərinə görə, apreldən sonrakı nisbi sakitlik dövrünə baxmayaraq, payızda hər iki tərəfdən danışıqların pozulmasında, habelə atəşkəs rejiminin pozulması epizodları, » yeni texnika və irimiqyaslı təlimlərin keçirilməsi ilə hərbi ədabazlıq» da qarşılıqlı ittihamlarla müşahidə olunur.

«Beynəlxalq vəziyyət qeyri-sabit olaraq qalır, çünki Rusiya, Cənubi Qafqaz və Minsk prosesi üçün hər şeyə ABŞ-da seçkilərin nəticələrinin təsiri prizmasından baxılır: Onlar nə deməkdir. Tramp administrasiyası Qarabağ danışıqlarında kollektiv vasitəçilikdə az imkanlara malikdir və yəqin ki, az diqqət ayıracaq», — analitik belə hesab edir.

Onun sözlərinə görə, prezidentlərin görüşü adətən olduğu kimi «qeyri-müəyyəndir» və dekabrda Hamburqda keçiriləcək ATƏT Nazirlər Şurasının iclası çərçivəsində Xarici İşlər Nazirləri başçıları səviyyəsində görüş böyük irəliləyiş vəd etmir.

«Bunun əvəzinə təhlükəli tarazlaşdırılma vəziyyəti müharibə həddinə çatdırmışdır ki, bu da may ayıında əldə olunmuş razılaşmaların təsdiq edilməsi haqqında açıq çıxışları, həm də davam edən çıxılmaz vəziyyəti cəmiyyətdə qəzəb hissi riskini artırır. Beynəlxalq şəraitdə qeyri-müəyyənlikdən istifadə etmək və gərginliyi artırnaq stimulları da var. Apreldəki hadisələrdən bəri «məhdud gərginləşmə» nəticəsində irimiqyaslı müharibə riski azaldılmayıb, vəziyyət olduqca təhlükəli olaraq qalır,», — deyə Broers bildirib.