21.11.2016/ 19:16; Rusiya Ermənistanı dəstəkləməkdən imtina edərsə nə qazanar

Rusiya Ermənistanı dəstəkləməkdən imtina edərsə nə qazanar

qazanc

«Tezliklə Şuşalı uşaqlar Vətənə qayıtmalıdırlar»
«Rusiya əgər Qarabağ münaqişəsində haqqın tərəfini tutarsa üç yüz milyonluq türk dünyasının qəlbində yer tuta bilər».

Bu barədə Vesti.az müxbirinin Türkiyə-Rusiya yaxınlaşmasının Qarabağ münaqişəsinə təsiri barədə sualını Türkiyə prezidentinin baş müşaviri, keçmiş təhsil naziri Yalçın Topçu cavablandırarkən deyib ,

«Rusiya böyük təcrübəsi olan nəhəng ölkədir. Üstəlik Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədridir. Rusiya bilməlidir ki, işğalçı Ermənistanı dəstəkləməkdən imtina edərsə, üç yüz milyonluq türk dünyasının və 1 milyard 700 milyon nəfər olan bütün islam dünyasının, ürəklərində yer tutacaq», — siyasətçi belə bildirib.

Onun sözlərinə görə, Rusiya öz maraqları naminə təcavüzkara dəstək verməkdən imtina etməli və tezliklə Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə nizamlanması üçün mümkün addımlar atmalıdır.

«Çünki, bu münaqişədə həqiqət — Azərbaycanın tərəfindədır», — o belə deyib.

Müşavir qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin ağıllı biri nsan və böyük siyasi xadimdir.

«Düşünürəm ki, o, bu istiqamətdə lazımi addımlar atacaq. Tezliklə Şuşalı uşaqlar Vətənə qayıtmalıdır», — o belə bildirib.