21.11.2016/ 18:38; Belarus mütəxəsisləri Gəncədə aqrosənaye kompleksi tikəcək

Belarus mütəxəsisləri Gəncədə aqrosənaye kompleksi tikəcək
kompleks

Belarus Respublikası kənd təsərrüfatı nazirinin birinci müavini Leonid Marineviçin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncədə olmuşdur. Nümayəndə heyətini şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev qəbul edib.

«Kür» İnformasiya agentliyinin verdiyi məlumata görə, görüş zamanı Elmar Vəliyev bu yaxınlarda Belarusa səfərindən, qardaş respublikanın torpağında səmimi görüşlərindən, işgüzar danışıqlardan söhbət açıb.
İcra hakimiyyətinin başçısı bildirib ki, Belarus nümayəndə heyətinin indiki səfəri, iki respublika arasında əlaqələri daha da möhkəmləndirəcək.

Görüş zamanı, əsasən söhbət gələcək əlaqələrdən gedib. Xüsusilə, 6 min hektaradək ərazidə aqrar-sənaye kompleksinin inşasına dair memorandum imzalanıb. Həmin ərazidə süd emalı zavodu tikiləcək və regionda onun realizə edilməsi həyata keçiriləcək. Kompleksin tikintisində f Belarus mütəxəssisləri əal iştirak edəcəklər.