20.11.2016/ 09:48; Çavuşoğlu Dağlıq Qarabağın işğalı ilə bağlı erməni deputata sərt cavab verdi

Çavuşoğlu Dağlıq Qarabağın işğalı ilə bağlı erməni deputata sərt cavab verdi

cavab
Ermənistan Dağlıq Qarabağı işğal edib, — Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu NATO parlament assambleyasının 62-ci iclası çərçivəsində erməni deputatı Koryun Naxapetyanın sualına cavabında belə məlumat verib — Türkiyənin Haber 7 qəzeti belə yazır.

«Sizə qulaq asanda adama elə gəlir ki, sanki siz mələksiniz. Mən sizə sual vermək istəyirəm: BMT-nin qətnamələrinə əsasən Azərbaycan ərazisinin 20 faizini işğal edən siz deyilmisiniz? Mən Dağlıq Qarabağı işğal etmişəm? Siz işğal etmisiniz! Sualdan niyə yayınırsınız? Biz sizə təklif etmişik: İşğalı dayandırın — sərhədləri açaq. Siz soruşursunuz ki, niyə biz Azərbaycan qarşısında şərt qoymuruq. Biz cavab veririk: Azərbaycan bizim qardaşımızdır», — Çavuşoğlu belə deyib.